Kolumbiyalı müğənni Şakira “Billboard's Women in Latin Music Awards”da “İlin qadını” mükafatının sahibi olub.
OLAY yazır ki, fubtolçu Jerar Pike ilə olan qalmaqallı evliliyi səbəbilə aylardır gündəmdə olan müğənni ödülünü Malumanın əlindən alıb.
O, çıxışı zamanı fikirləri ilə diqqət çəkib:
“Hər bir qadının həyatında elə bir vaxt gəlir ki, o, artıq kiminsə sevilməsindən və özünü olduğu kimi qəbul etməsindən asılı deyil. Mükəmməl olmaq istəyi orijinal olmaq istəyi ilə əvəzləndikdə, başqasını axtarmaq özünü axtarmaqla əvəzlənir. Qadınların düşündüyümüzdən qat-qat güclü olduğunu anladığım bir il idi. Biz düşündüyümüzdən daha cəsuruq. Düşünürəm ki, bizə öyrədildiyindən daha müstəqilik.
Hansı qadın başqalarından diqqət, məhəbbət və ya bəyənmə axtarmaq təcrübəsindən keçməyib və özünü unudub? Bu mənim başıma gəlib. Ancaq kiminsə sadiq olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur, əsas olan sənin özünə sadiq qalmağındır”.
Qeyd edək ki, Jerar Şakiraya Klara Çia ilə xəyanət edib.