Fotosessiya
Fotosessiya

“Özümdən ilham alıram”

“Özümdən ilham alıram”

Müğənni Səmra Rəhimli sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o, İnstaqramda fotolarını paylaşaraq, bu sözləri yazıb:

“Özüm özümdən ilham alıram. Hər kəs öz həyatının ilham pərisi olsun. Beləliklə, nə kiməsə paxıllıq edəcəksiniz, nə də özünüzü kiminləsə müqayisə edəcəksiniz. Kiməsə paxıllıq etmək ona məğlub olmaq deməkdir. Ömür boyu o insan sizdən üstün olacaq deməkdir. Özünüz özünüzə yətəcək qədər bütöv olun”.

Qeyd edək ki, Səmra Rəhimli Bakıda keçirilən “Formula 1” yarışmasının bağlanış mərasimində konsert proqramı ilə çıxış edib.