Reynmenin Bakı konserti təxirə düşüb.
OLAY yazır ki, əvvəlcə 22 aprelə planlaşdırılan gecə, sonradan 9 may tarixinə dəyişdirilib. Bununla belə konsert baş tutmayıb.
Müğənni bunun günahını azərbaycanlı təşkilatçılarda gördüyünü bildirib:
“Dostlar, təəssüf ki, Azərbaycanda 9 mayda planlaşdırdığımız konsertimiz təşkilatçının nöqsanları ucbatından təxirə salınıb. Biletlərinizin geri qaytarılması ilə bağlı “İticket” saytına müraciət edə bilərsiniz.
Çox təəssüf edirəm, bəxtsizlik deyək. İlk dəfə Azərbaycanda səhnəyə çıxacağım üçün çox həyəcanlı idim. Sağlıq olsun. Ümid edirəm ki, gələn səfər Azərbaycanda keçirəcəyimiz konsertlərdə görüşərik”.