Fotosessiya
Fotosessiya

Selin Ciyercinin keçmiş əri evlənir

Selin Ciyercinin keçmiş əri evlənir

Fenomen Selin Ciyercinin keçmiş əri, türk iş adamı Gökhan Çıra bir müddətdir sevgili olduğu Eylül Keleşlə evlənməyə hazırlaşır.

OLAY yazır ki, Gökhan ötən gecə sevgilisinə evlilik təklifi edib. 

“Hə” cavabı alan iş adamı Eylülə taxdığı üzüyün fotosunu İnstaqram hesabında paylaşıb. O bildirib ki, toy sentyabrın 10-da baş tutacaq. 

Qeyd edək ki, Selin Ciyerci və Gökhan Çıra 2019-cu ildə evləniblər. Cütlük ötən ilin sentyabr ayında boşanıb. Mart ayında surroqat ana vasitəsilə Selinin qız övladı doğulub.