“Bəzən həyatda elə olur ki, şansın və uca yaradanın istəyi ilə əvvəllər tanış olmadığımız insanlarla qarşılaşırıq. Amma ilk dəfə toxunaraq anlayırıq ki, qəlbimiz və ruhumuz gözləri sənə qarşı olan şəxs üçün qohumluq və sevgi melodiyasını oxumağa başlayır”.
OLAY yazır ki, bu sözləri müğənni Çingiz Mustafayev ötən gün bir araya gəldiyi “Baku” jurnalının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva haqda yazıb.
O, yaradıcı və musiqi dolu gecənin ardından fikirlərini belə ifadə edib:
“Bu gün mən yenidən ruh yoldaşımla görüşdüm, onunla, mənə elə gəlir ki, bizim qəlblərimiz şeir və musiqinin sufi motivləri ilə uca Allaha məhəbbətlə ahəng içində mahnı oxuyur. Onun lütfünü axtarmaq yollarımız o qədər oxşardır ki, mən hər dəfə bu işıqlı və gözəl ruhun şeirlərini oxuyanda onun yaradana olan məhəbbətini şeir rəngləri ilə necə zərif və incə yarımtonlarla ifadə etməsinə təəccüblənirdim. Ürəklərimiz ona olan gerçək sevgiylə notlar və sözlərlə necə də eyni mahnını söyləyir.
Leyla xanım, bilirəm ki, sizin dərinliyinizi hamı başa düşməyəcək, amma nə olursa olsun, var olun, yaradın və sizdən gələn gözəl və işıqlı olanı göstərin, doğma ruh!”.