Fotosessiya
Fotosessiya

“Otuz illik geyimlərim var”

“Otuz illik geyimlərim var”

“Yargı” serialında “Savcı Ilgaz” obrazını canlandıran aktyor Kaan Urqancıoğlu geyimləri ilə bağlı maraqlı açıqlamalar verib.

OLAY yazır ki, o, "GQ" dərgisinə müsahibə verib. 

Sənətçi bildirib ki, qarderobunda 30 illik geyimi var: “Çox gülməli səslənəcək, amma bəzən evdən çıxa bilmirəm. Elə bilərsiniz ki, çox şıq görünmədiyim üçün belə edirəm, amma xeyr. Elə deyil. Yəni həmin geyim gedəcəyim yerə uyğun olmur. Özümü o geyimlə narahat hiss edirəm. Buna görə də geyimlərimə çox diqqət edirəm. Geyimlərin enerjisinə inanıram. Zövq iki-üç rəngin bir araya gətirilməsi, özünə nəyisə yaraşdırmaqdır. İddialı deyiləm. Tez-tez alış-verişə getmirəm. Qarderobumda otuz illik geyimlərim belə var”.