Prodüser Anar Mədətovun oğlu, tanınmış futbolçu Mahir Emreli müsahibələri ilə diqqət çəkib.
OLAY Emrelinin “CBC Sport” kanalına sözlədiyi fikirləri təqdim edir:
- İlk və indiki maşınının markası nədir?
- İlk maşınım “Lada NİVA”, indi sürdüyüm “İNFİNİTİ”;
- Maşınının nömrəsi nədir?
- 99-MM-866;
- Menyunda nə yoxdur?
- Zeytun və balqabaq;
- Heç azarkeşlə dalaşmısan?
- Bəli. Yersiz tənqidə görə;
- Bu günə kimi neçə sevgilin olub?
- İki;
- Varlısan?
- Xeyr;
- Nə qədər pulun var?
- Hazırda cibimdə 100 manat var;
- Tanınmış olmağından istifadə etmisən?
- Harasa tələsəndə polis saxlayıb, demişəm ki, tələsirəm. Elə olub ki, buraxıblar, elə olub ki, yox;
- Tez-tez yol hərəkəti qaydalarını pozursan?
- Xeyr, çünki çox vaxt maşını özüm sürmürəm;
- Əsəbiləşəndə nə edirsən?
- Qışqırmağa başlayıram;
- Gizli istedadın var?
- Parodiya edə bilirəm;
- Haralısan?
- Zaqatalalı;
- Ən pis vərdişin nədir?
- Ayaqqabını corabsız geyinmək;
- Ən pis xasiyyətin nədir?
- Adi bir söz ola bilər. Amma onu pis qəbul edə bilərəm;
- Pleylistində ilk mahnın?
- Ben Fero – Babafingo;
- Ən son “Google”da nə axtarmısan?
- Özümü;
- Eqoistsən?
- Bəli;
- Karyeranın ən uğursuz zamanı nə vaxt olub?
- Keçən il;
- Azarkeşlərinə nə demək istərdin?
- Çalışacağam ki, bu il ümidləri doğruldum.