Meyxanaçı Ağamirzə Məmmədov dünən vəfat edən Xalq artisti Aftandil İsrafilovla bağlı xatirələrini bölüşüb.
Bu barədə söz ustası OLAY-a açıqlama verib.
O, qarmon ifaçısı haqda bunları söyləyib:
“Aftandil müəllimlə çox xatirələrim var. Xeyli məclisdə birgə olmuşuq. Bir dəfə efirdə çəkilişdə idik. Mən də, meyxanaçı həmkarım da köynək geyinmişdik. Bizi çağırdı, dedi ki, bundan sonra çəkilişlərə kostyumda gələcəksiz. Allah rəhmət etsin, çox gözəl insan idi. Ona zəng etmişdim, dedi, yaxşılaşım, yığışacağıq, gözəl məclis keçirəcəyik. Musiqiçilər, meyxanaçılar orada olacaq. Tarixdə qaldı. Həyatdır, nə etmək olar? Əzizlərinin başı sağ olsun”.
Müxbir: Nigar Namiq