“Həyatda da, sənətdə də hər şeyi bölüşürdük. Xəstəxanaya yeləşdirilmədən öncə görüşdük, dedi ki, hər şey yaxşı olacaq, möhkəməm”.
Bu sözləri OLAY-a açıqlamasında qarmon ifaçısı Orxan Mirnatiqoğlu dünən dünyasını dəyişən Xalq artisti Aftandil İsrafilov haqda deyib. O, mərhumla sonuncu söhbətindən söz açıb:
“Başımız sağ olsun, böyük sənətkarımızı itirmişik. Reanimasiyaya yerləşdirilmədən öncə danışmışdıq. Normal idi, amma əziyyət çəkirdi. Deyirdi, yaxşı deyiləm, qolları və ayaqları şişmişdi. Ümid var idi. Çox möhkəm insan idi, özünü ələ alırdı ki, vəziyyətdən çıxsın. Lakin... Heyif ki. Allah qəni-qəni rəhmət etsin”.
Müxbir: Nigar Namiq