“Filmlərim bata-bata gedir. Filmlərimi festivallara göndərmirəm, utanıram. Nə ümidlərlə göndərirsən, sonra da ümidlərin puç olur. Oskar alsam, istəmərəm filmlərimi bizimkilərə nümayiş etdirim”.
OLAY yazır ki, bu sözləri “Əqrəb mövsümü” serialının rejissoru Emil Quliyev “Qapqara” verilişinə müsahibəsində deyib.
O, filmlərinə edilən diqqətsizlikdən gileylənib:
“Tutaq ki, “Mən burada tək olmuşam” filmim Oskar aldı, “Kann” Film Festivalında ən yüksək mükafatına layiq görüldü. Hamı - bütün medialar da haqqımda yazdı, filmlərimi bizimkilərə nümayiş etdirmərəm. İstəsələr belə, göstərmərəm. “Mən burada olmuşam” filminə çox böyük əziyyətlə çəkdik. Getdik dağların arasında, soyuqda yaşadıq, işlədik. Film çəkmək uşaq oyuncağı deyil. Çəkdiyim filmlərə tamaşaçı gedib baxmayanda niyə də küsməyim?! Niyə edirəm, nə üçün çəkirəm bunları? Mən neyləyirəm kino çəkib? Sizin üçün edirəm də. Onsuz da mənim ayrı qazanc yerim var. Pula görə kino çəkmirəm”.