Fotosessiya
Fotosessiya

Röya Ayxandan maraqlı addım

Röya Ayxandan maraqlı addım

Xalq artisti Röya Ayxan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. 

OLAY yazır ki, Mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarındakı təlim prosesi ilə maraqlanıb, dulusçuluq sahəsində bacarığını sınayıb.

Musiqi studiyasında Mərkəz üzvlərinin çıxışlarını dinləyən ifaçı onlara qoşulub. Xalq artisti benefisiarlarla birlikdə Mərkəzin estrada ansamblının müşaiyəti ilə repertuarından sevilən mahnıları canlı ifa edib.

Həmin anları instaqram hesabında paylaşan pop ulduz bunları qeyd edib:

“İlk dəfə idi ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində getdim. Çox həyəcanlı idim. Qonaq olub dostlarımın əl işinə baxdım. Çox bacarıqlıdılar, Maşallah. Mən hələ dulusculuq bacarığımı yoxladım. Bir yerdə oxuduq, əyləndik. Günüm çox da gözəl keçdi. Hamınızı sevirəm uşaqlar”.