Fotosessiya
Fotosessiya

Coli böyük oğlu ilə Ağ Evə getdi

Coli böyük oğlu ilə Ağ Evə getdi

Aktrisa Ancelina Coli və böyük oğlu, 21 yaşlı Maddoks Ağ Evdə ziyafətə qatılıb. 

OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Aprelin 26-da ABŞ Prezidenti Co Bayden Ağ Evdə Cənubi Koreya lideri Yoon Seok-yeol-u qəbul edib. İki dövlətin birliyinin 70 illiyi münasibətilə keçirilən tədbirdə hər iki ölkənin birinci xanımları -Cil Bayden və Kim Konq Hi iştirak ediblər.

Gecənin qonaqları arasında Ancelina Coli də olub. Döşəməyə qədər ağ paltar və vintaj “Chanel” gödəkçəsi geyinmiş aktrisa böyük oğlu ilə birlikdə ictimaiyyət qarşısına çıxıb. 

2002-ci ildə övladlığa götürdüyü 21 yaşlı Maddoks Seuldakı Yonsey Universitetində biokimya üzrə təhsil alır. 2020-ci ildə gənc oğlan Cənubi Koreyadan ABŞ-a qayıdıb, çünki koronavirus pandemiyası səbəbindən dərslər onlayn formata keçib.