“Zaqatala - bizim qəlbimizdə həmişə xüsusi yer tutan sevimli doğma şəhərimiz. Doğulduğumuz, böyüdüyümüz və ilk mahnımızın yazıldığı yerdir. Ailəmiz, dostlarımız və məktəbimiz bugünkü kimliyimizi formalaşdırdı”.
OLAY yazır ki, bu sözləri builki Avroviziya təmsilçilərimiz Tural və Turan Bağmanovlar instaqramda yazıb.
Onlar yeni fotosessiyalarını paylaşaraq fikirlərini belə ifadə ediblər:
“İnanmaq çətindir ki, Zaqatalada kiçik bir evdən olan iki oğlan tezliklə Liverpuldakı nəhəng Avroviziya səhnəsində çıxış edəcək. Bu səyahəti bizim üçün mümkün edən hər birinizə inanılmaz dərəcədə minnətdarıq”.