Səhhətində problem yaranan Xalq artisti Aftandil İsrafilovun qardaşı da xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, bununla bağlı müğənni Fədayə Laçın məlumat yayıb. Qarmon ifaçısına şəfa diləyən Fədayə bu sözləri yazıb:
“Bir möcüzə olsun, siz də, qardaşınız Ənuş İsrafilov da tez sağalın. Ailənizə, evinizə, dönün”.
Qeyd edək ki, sənətçinin qızı atasının vəziyyətinin ağır olduğunu demişdi.