2014-cü ildən evli olan aktrisa Beren Saat və müğənni Kenan Doğulu uşaq mövzusunda verilən suallardan təngə gəlib.
OLAY yazır ki, KİV-in Kenanla qısa müddət əvvəl övlad barədə sorğu- sualı sosial medianın yenidən gündəmini zəbt edib.
Yayılan videoda jurnalistin Doğuluya təkrar “Uşaq istəyirsinizmi” sualı izləyənləri əsəbləşdirib.
Onlar sözügedən videonu müzakirə edərək belə sualların soruşulmağının düzgün olmadığını vurğulayıblar:
“Belə sual düzgün deyil”, “bəlkə istəyirlər, amma problemləri var” kimi şərhlər yazıblar.