Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə OLAY-a qarmon ifaçısının qızı Həcər İsrafilova məlumat verib. Onun sözlərinə görə, Xalq artisti 13 gündür ki, reanimasiyadadır və vəziyyətində heç bir dəyişiklik yoxdur:
“Səhhətti çox pisdir, noyabr ayında vəziyyəti kritik idi. Hələ də, eyni durumdadır.”
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmişdi.
Kəmalə Bədəlova