İkinci uşağını dünyaya gətirməyə hazırlaşan Rihanna daha bir ev alıb.
OLAY yazır ki, o, “Friends”in ulduzu Metyu Perrinin penthausunun yeni sahibi olub.
Göydələn Los-Ancelesin mərkəzində yerləşir. Sonuncu mərtəbədəki evdə şəhərin mənzərəli panoramasını seyr etmək mümkündür. Yeni mənzil Rihannanın eyni binadakı evindən üç dəfə böyükdür və dörd dəbdəbəli yataq otağı və altı vanna otağından ibarətdir.
Bundan əlavə, kinoteatr, oyun sahəsi, kiçik SPA və kitabxanası var. Bütün bunlar üçün o, səliqəli bir məbləğ, yəni 21 milyon dollar ödəməli olub.
“StarHit” bildirir ki, bu rəqəm RiRi üçün sadəcə qəpikdir, çünki Rihanna dünyanın ən çox qazanc əldə edən məşhurlarındandır. Onun hesabında təxminən 1,5 milyard dollar var. Bu, təkcə konsertlərə və mahnılara görə qonorar deyil, həm də “Fenty” brendi altında alt paltarlarının istehsalı və kosmetikasının satışı üçün qazanılan puldur.
Qeyd edək ki, Rihanna hazırda Eysəp Raki ilə sevgilidir. Cütlüyün bir oğlu var, ikinci övladları isə yaxın aylarda dünyaya gələcək.