Əməkdar artist Aybəniz Haşımovanın influenser qızı Aynişan Quliyeva yeni arzusunu dilə gətirib.
OLAY yazır ki, gənc sosial şəbəkə ulduzu qırmızı hind geyimi ilə çəkdiyi fotonu instaqramda paylaşıb:
“Elə indicə yeni arzum yarandı. Hind toyunda qonaq olmaq istəyirəm”, - deyə, Ayni yazıb.
Qeyd edək ki, bu yaxınlarda Şri-Lankaya səyahət edən Aynişan orada yaşamaq istədiyini demişdi.