“Balenciaga”nın ötən aylarda təqdim etdiyi çanta yenidən gündəmə gəlib.
OLAY yazır ki, dana və quzu dərisindən hazırlanan, sadəcə sağ çiyinə taxıla bilən, əlcək formasındakı aksessuarın görüntüsü diqqət çəkib.
4290 dollara satılan həmin çanta isə insanların gülüş hədəfinə çevirilib. Sadəcə solaxaylar üçün istehsal olunduğu düşünülən əlcək çanta sağ çiyin üçün əlverişli deyil. Markanın rəsmi saytında insanlar bu barədə müxtəlif fikirlər səsləndirir.
“Varlı olsaydım, bu “Balenciaga” əlcək çantasından tualetimi təmizləmək və hamamın döşəməsini silmək üçün istifadə edərdim” kimi yüzlərlə şərh yazılıb.