Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərli ilə olan məhkəməsinin ilk etapında uduzmasına münasibət bildirib.
OLAY yazır ki, şairə o, instaqramda paylaşım edərək qətnamənin qanuni qüvvəsinin olmadığını bildirib:
“Qısaca məlumat verirəm ki, hazırda çıxarılan qətnamə son demək deyil. Qətnamənin qanuni qüvvəsi yoxdur. Qətnaməyə yuxarı instansiyalar qərar verdikdən sonra danışarıq”.
Qeyd edək ki, ötən gün N.Səfərlinin məhkəmədə qalib gəlməsi barədə xəbər ilk olaraq OLAY-da yayımlanıb.