Müğənni Aynur Dadaşovanın adı dəvət olunmadığı restoranların birinin afişasında yazılıb.
OLAY yazır ki, sənətçi bu haqda "MTV xəbər"ə danışıb.
"Həmin səhnədə yer almayacam. Afişayla bağlı restoran heç bir açıqlama vermədi. Düz məlumat paylaşmırlar, amma hər kəs pisliyi bacarmır. Müğənni sevənləri aldatmayaq, düzgün olaq",- deyə Dadaşova söyləyib.
Qeyd edək ki, Xalq artisti Röya Ayxan da eyni dələduzluğa məruz qalıb.
Humay İsgəndərova