Fotosessiya
Fotosessiya

“Yaşlı aktyorları yığıb fotosessiya etmək lazımdır”

“Yaşlı aktyorları yığıb fotosessiya etmək lazımdır”

Qrafik dizayner Rəsul Həsən yaşlı aktyor və rejissorlar üçün maraqlı təklif irəli sürüb.

OLAY yazır ki, o, həmin sənətçilərin fərdi və qrup halında peşəkar fotosessiyasının vacibliyini vurğulayıb.

Bu haqda R. Həsən sosial şəbəkə hesabında məlumat paylaşıb.

Rəsul bildirib ki, keçən ilin dekabrında sözügedən məsələ ilə bağlı bir neçə quruma müraciət də edib: 

“Keçən ilin dekabr ayında kino ilə bağlı bir neçə quruma yazdım ki, yaşlı aktyor və rejissorları yığıb onları peşəkar fotosessiya etmək lazımdır. Həm tək-tək, həm də qrup halında. Müxtəlif bəhanələr gətirildi, ancaq düşünürəm ki, bu iş mütləq görülməlidir. Yaşlı nəsil aktyor və rejissorların sayı çox az qalıb və demək olar ki, onların professional çəkilmiş fotolarını tapmaq mümkün deyil. Bu təkcə aktyorlar üçün keçərli deyil, həm də digər incəsənət və elm sahəsi qolları üçün də olmalıdır. Fotostudiya və aidiyyatı qurumlar bunu sosial məsuliyyət kimi öz üzərinə götürməlidirlər”, - deyə, o, qeyd edib.

Həmçinin Həsən sosial media hesabında hazırda yaşayan klassik aktyorlardan bir neçəsinin süni intellektlə hazırlanmış fotolarını paylaşıb.

Xalq artisti Cahangir Novruzov

Xalq artisti Ənvər Həsənov 

Xalq artisti Fəxrəddin Manafov

Xalq artisti Kazım Abdullayev

Xalq artisti Hacı ismayılov

Xalq artisti İlham Namiq Kamal

Xalq artisti Hacı Murad Yegizarov

Xalq aristi Rafiq Əzimov

Xalq artisti Rasim Balayev

Xalq artisti Məmməd Səfa

Xalq artisti Şamil Süleymanlı

Xalq artisti Valeh Kərimov

Xalq artisti Vidadi Həsənov

Əməkdar artist Elxan Qasımov