Fotosessiya
Fotosessiya

“Nissan Azərbaycan”dan faizsiz kredit kampaniyası

“Nissan Azərbaycan”dan faizsiz kredit kampaniyası

“Nissan Azərbaycan” Bahar kampaniyasını davam etdirir.

OLAY yazır ki, bu kampaniyanın şərtləri daxilində “Nissan X-Terra” avtomobilini müxtəlif seçimlərlə əldə etmək mümkündür. 

Belə ki, müştərilər bu maşını illik faizsiz kredit imkanı ilə və ya baş verə biləcək hadisələrdən tam sığrtalanmaq üçün – kasko və icbari sığorta hədiyyəsi ilə əldə edə bilərlər.

Hər bir “Nissan” avtomobilinə 5 il və ya 155 000 km rəsmi istehsalçı zəmanəti verilir.

Tam yeni “Nissan X-Terra” yapon markasına xas olan klassik üslubda dizayn olunmuşdur. Ənənəvi yolsuzluq (OFF-Roader) avtomobilləri kimi “Nissan X-Terra” modeli rama üzərində yığılmış və əfsanəvi “Nissan Patrol” modelinin üslubunda radiator barmaqlıqlarına, əlavə müdafiəsi olan iri ön bamperlərə və C-şəkilli gündüz hərəkət işıqları olan yeni piano tipli led fənərlərə sahibdir. “Nissan X-Terra” modelinin yeni rəng variasiyaları kimi açıq qəhvəyi və tünd qırmızı, eləcə də ənənəvi rənglər daxil olmaqla yeddi kuzov rəngi mövcuddur.

Daha ətraflı məlumat və test yürüşü üçün 012 934 nömrəsinə zəng etmək, və ya Babək pr. 31 və Salamzadə-2 ünvanında yerləşən salonlara yaxınlaşmaq mümkündür.