Türk model Ebru Şallı həyat yoldaşı Uğur Akkuşla rəsmi olaraq boşanma qərarı alması barədə yayılan xəbərlər haqda paylaşım edib.
OLAY yazır ki, o, məsələ ilə bağlı sosial şəbəkə hesabında məlumat bölüşüb.
“Hələ ki açılmış hər hansı boşanma işi yoxdur. Hər evlilikdə olduğu kimi zaman-zaman biz də fikir ayrılıqları yaşayırıq. Hamısı bu qədər… Hər şeyin xeyirlisi olsun”, - deyə, Şallı bildirib.
Xatırladaq ki, ötən aylarda modelin həyat yoldaşı tərəfindən fiziki şiddətə məruz qaldığı deyilmişdi. Lakin Ebru bu xəbərləri yalanlamışdı.