Məşhur türk model Ebru Şallı bir neçə il öncə dünyasını dəyişən oğlu Pars barədə açıqlama verib.
OLAY yazır ki, o, həyatını itirən övladının paltar və əşyalarını zəlzələdən əziyyət çəkən beş oğlan uşağı olan ailəyə bağışladığını bildirib.
Qeyd edək ki, Pars 2020-ci ildə 9 yaşı olarkən xərçəngdən vəfat edib. Ebrunun 19 yaşında Beren adlı daha bir oğlu var.