Şimali Karolinadan olan bir kişi ötən gün Rihannanın Los-Ancelesdəki evinə gizlicə girməyə cəhd etdiyinə görə həbs edilib.
OLAY yazır ki, xarici mediada yer alan xəbərə görə, o, müğənniyə evlilik təklifi etmək niyyətində olub.
Sözügedən şəxs mühafizəçilər tərəfindən dayandırılıb və polisə zəng edilib.
Hadisə zamanı Rihannanın evdə olub-olmadığı isə məlum deyil.
Qeyd edək ki, ifaçı ikinci övladına hamilədir.