Fotosessiya
Fotosessiya

Meksika jurnalı Dilarəni paylaşdı

Meksika jurnalı Dilarəni paylaşdı

Meksikanın “Book business art fashion” jurnalı müğənni Dilarə Kazımova ilə bağlı paylaşım edib.

OLAY yazır ki, dərgi korsetlərlə bağlı yazı hazırlayıb.

Bu zaman D. Kazımovanın səs-küylü fotosessiyalarından olan qızılı korsetdə görüntüsü də paylaşılıb.

Qeyd edək ki, həmin korsetin 10 kilo çəkisi və 2 min manat qiyməti olduğu bildirilib.

Sözügedən fotosessiyada müğənninin staylinqi üzərində Cabir Əliyev çalışıb. Şəkillərini isə fotoqraf Ruslan Nəbiyev lentə alıb.