Məşhur model və aktrisa Amine Gülşenin futbolçu həyat yoldaşı Mesut Özil karyerasına son qoyduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə Mesut sosial şəbəkə hesabında paylaşım edib.
“Çox düşündükdən sonra peşəkar futboldan istefa verdiyimi elan edirəm. 17 ilə yaxındır ki, peşəkar futbolçu olmaq imtiyazına malikəm və bu fürsətə görə inanılmaz dərəcədə xoşbəxtəm. Ancaq son həftələrdə bəzi zədələr aldıqdan sonra getmək vaxtının çatdığını anladım. Bu, unudulmaz anlarla dolu bir səyahət oldu.
Dəstək olan məşqçilərim və komanda yoldaşlarıma, hansı klubu təmsil etməyimdən asılı olmayaraq mənə bu qədər sevgi göstərən bütün azarkeşlərimə təşəkkür edirəm.
Ailə üzvlərim və dostlarıma isə xüsusi minnətdaram. Onlar ilk gündən səyahətimin bir parçası oldular. İndi gözəl həyat yoldaşım Amine və iki qızımla birlikdə qarşıdakı gözəl günləri səbirsizliklə gözləyirəm. Sosial şəbəkə hesabımda zaman-zaman məndən xəbər alacaqsınız. Tezliklə görüşənədək”, - deyə, Mesut qeyd edib.