Müğənni İlhamə Qasımova ötən aylarda dünyasını dəyişən atası Hüseynəli bəy barədə paylaşım edib.
OLAY yazır ki, sənətçi valideyninin yoxluğuna öyrəşə bilmədiyini vurğulayıb.
“Pis günlərin ömrü az olur. Allah qara bayram keçirənlərə səbir versin. Bəli ağırdır, amma Allahın verdiyi ömrü geri aldıqda üsyan etməyə haqqımız yoxdur. Sadəcə çox darıxırıq… Mən heç vaxt atasız həyatıma öyrəşə bilmərəm... Canım atam, Allah sənə və bütün dünyasını dəyişmiş insanlara rəhmət etsin, günahlarını bağışlasın. Bir daha əzizlərinizin qədrini vaxtında bilin, ürəyinizdəkiləri söyləməyə gecikməyin…”, - deyə, İ. Qasımova paylaşımında qeyd edib.