Aparıcı Hüsniyə Məhərrəmova Bakıda gecə vaxtı maşın idarə edən sürücülərin bəzilərindən şikayətlənib.
OLAY yazır ki, bununla bağlı o, instaqramda video paylaşıb.
“Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara “eşşək” də demək istəmir. Onlar “eşşək”dirsə, onda “eşşək”lər də adamdır. Deyiləsi deyil…
Çoxdankı ideyam var. Yadınızdadırsa, siqnallar var idi, “lambada” səsi və s. sifariş edə bilərdin. Onun kimi sifariş edirsiniz ürək sözlərinizi və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır”, - deyə, Hüsniyə bildirib.
Məhərrəmova paylaşımına “Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər” sözlərini də qeyd edib.