Əməkdar jurnalist, “ASAN Radio”nun direktoru Emin Musavinin 8 yaşlı qızı Zemfiranın çəkdiyi rəsm Parisdə sərgilənəcək.
OLAY yazır ki, bu barədə Emin sosial şəbəkə hesabında paylaşım edib.
“8 yaşlı Zemfira Musavinin “Novruz” əsəri Parisdə YUNESKO və Toğrul Nərimanbəyov assosiasiyasınıın təşkil etdiyi müsabiqədə 2-ci yeri qazandı. Beynəlxalq münsiflər heyətinə, Əsmər Nərimanbəyova və Marqarita xanıma xüsusi təşəkkürlər. Beləliklə, xüsusi diplomla təltif edilmiş Zemfiranın işi Parisdə rəsm qalereyasında sərgilənəcək”, - deyə, E. Musavi vurğulayıb.