“Bir küçük gün ışığı” serialının ulduzu, məşhur türk aktrisa Seray Kaya bir zamanlar psixoloji dəstək aldığını bildirib.
OLAY yazır ki, sənətçi bunun səbəbinin keçmiş sevgilisi ilə bağlı olduğunu vurğulayıb.
“Həyatımın müəyyən dövrünü məhv edən bir adam olub. Sənə aşiq olur və səni istədiyi insana çevirməyə çalışır. O insana çevrildikdə isə səni aldadır və ya başqa bir problem olur. Çox yorğun olduğum bir dönəm idi və bununla bağlı psixoloji dəstək aldım”, - deyə, S. Kaya qeyd edib.