Fotosessiya
Fotosessiya

Buzova xəstədir

Buzova xəstədir

Aktrisa və teleaparıcı Olqa Buzova sosial şəbəkələrdə yuxusuzluqdan, səhhətinin pisləşməsindən şikayətlənib.

OLAY yazır ki, Buzova son vaxtlar ayaq üstdə durmaqda çətinlik çəkdiyini bildirib.

Aktrisa keçilməz yorğunluq və başgicəllənmədən danışıb. O, xroniki yuxu çatışmazlığından şübhələndiyini söyləyib. Həmçinin, ulduz tamamilə iştahsızdır:

“Mən ümumiyyətlə yemək istəmirəm, ona görə də gücüm yoxdur”.

Aparıcı yuxu dərmanı içmədiyini və qəbul etmək istəmədiyinə aydınlıq gətirib. O, pərəstişkarlarından xəstəliyin öhdəsindən necə gəlmək barədə məsləhət istəyib.