Xalq artisti Brilliant Dadaşova efirə çıxan yeni müğənnilərin bir-birinə bənzədiyi bildirib.
OLAY yazır ki, sənətçi hətta onları səhv saldığını da qeyd edib.
Bu haqda Dadaşova “Həmin Zaur” verilişində qonaq olarkən danışıb.
O, aparıcı Zaur Kamalın “Efirə çıxan yeni müğənnilərin hamısını tanıyırsınız” sualına belə cavab verib:
“Heç birini tanımıram. Səhv salıram. Qızlar hamısı bir-birinə oxşayır. Uzun saçlar, kəsilmiş burunlar… Qızlar, burnunuzu kəsdirməyin. İllərdir rejissorlara deyirəm ki, məni sağ tərəfdən çəkməyin, burnum sınıqdır, bilinir. Sol tərəfdən çəkin. Yəni siz də elə bir “rakus” tapın ki, kəsilməmiş burunla efirə çıxasınız”.