Fotosessiya
Fotosessiya

6-8 vizajist işə götürüləcək!

6-8 vizajist işə götürüləcək!

“Beauty Time” şəbəkəsinin sahibəsi Könül Həmzəyeva apreldə keçirilməsi planlaşdırılan master-klasla bağlı sualları cavablandırıb. 

OLAY yazır ki, iş xanımı Türkiyənin məşhur “make-up” artistləri Arda Bektaş və Mübeyra Sağlamın da iştirakı ilə keçiriləcək özəl dərslər haqda ətraflı məlumat verib. O bildirib ki, yazılanlar sırasında evdar xanımlar çoxluq təşkil edir:

“Evdar xanımlar özləri üçün öyrənmək istəyirlər. Hər gün gözəllik salonuna gedib 150-200 manat verməkdənsə, texnikanı öyrənib hansısa tədbirə qatılanda özlərinə makiyaj edirlər”.

K. Həmzəyeva həm də dərslərdən sonra ustadların Bakıda açılacaq şöbəyə işə götürəcəyi vizajistlərin sayını açıqlayıb və xanımların ən çox hansı regiondan dərslərə yazıldığı haqda danışıb: 

“Haradasa 6-8 vizajist işə götürüləcək. Ən çox Bakıdan müraciət edirlər”.

İş xanımın sözlərinə görə, sertifikatlar seminarda iştirak edən hər kəsə veriləcək:

“Sertifikat seminarda iştirak edən hər kəsə, hətta 150 manatla dərslərə yazılanlara da təqdim ediləcək”.

Son olaraq K. Həmzəyeva VİP paketin üstünlüklərindən söz açıb: 

“Əslində VİP paketə hər kəsə aid olanlar daxildir. Amma arxada əyləşənlər monitordan izləyəndə, VİP-in üstünlüyü odur ki, onlar həm monitorda, həm də üzbəüz modeli görə biləcəklər”. 

Qeyd edək ki, özəl dərslər “Arzularınızı reallaşdırmağa gəlirik” şüarı, “Elserum”, “Saray Kahve”, “Aztur”, “Royal Luxury Collection”, “Dreem Smile – by İbrahimbeyli”, “Dr Famil” sponsorluğu ilə 11-12 aprel tarixlərində “Four Seasons Hotel Baku”da baş tutacaq.