Müğənni Manaf Ağayev həbs olunan oğlu Müşviq Ağayevlə bağlı açıqlama verib.
Bu barədə ifaçı OLAY-a danışaraq bildirib ki, övladı qeyd edildiyi kimi, polisə müqavimət göstərməyib:
“İçkili olub, o da cərimələnib. Bundan artıq nə deyim? Heç bir müqavimət yoxdur. Müqavimət olanda 1 aylıq cəza verirlər, 5 gün yox. Söyüş söyüb. O, buna deyib, bu da cavab qaytarıb. Oğlumla danışa bilməmişəm. Həbsdədir”.
Qeyd edək ki, verilən məlumatda bildirilib ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.