Fotosessiya
Fotosessiya

“Qəbrim sənin yanında hazırdır”

“Qəbrim sənin yanında hazırdır”

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

OLAY yazır ki, bu barədə o, aktrisanın instaqram səhifəsində post yerləşdirib.

Röyal Tünzalə üçün çox darıxdığını və ona ehtiyac duyduğunu bildirib.

“18 oktyabr 2022-ci il, saat 09:37… O sabah pis xəbər almışdın, metastas boğaza qədər sıçrayıb. Dedin ki, Röyal, mən çox xoşbəxtəm. Sən varsan, Zəhram (qızı-red.) var. Bir xanım yaxınlaşıb şəkil çəkdirmək istədi. Dedin ki, bax sən ulduzla evlənmisən, o gün məni çox güldürmüşdün. Amma indi gülməyi unutmuşam. Mənə deyirdin ki, sən çox güclüsən, indi psixoloq dostlarımız deyir ki, gəl sənə kömək edək. Axı sən yanıla bilməzsən, mən axı çox güclü idim, nə oldu mənə? Bəli, güclü idim, amma o güc səndən gəlirdi. İndi isə sadəcə güclü olmağa çalışıram.

Zəhram eynən sənə bənzəyir. Mən ona kömək etməkdənsə, o, mənə daha çox kömək edir. Sənlə vidalaşanda dedim ki, yəqin ki, məni sənin yanında basdırmağa qoymayacaqlar. Çünki burada adlı-sanlı insanları dəfn edirlər.  Amma dedim ki, nə fərqi var, əsas yer deyil. Sonra mənə elə gözəl söz dedilər ki, məgər 2-ci Fəxri Xiyabanda iki nəfərlik yer verirlərmiş, mənim yerim sənin yanında hazırdır. Yəqin ki, çox az adamlardan biriyəm ki, artıq qəbrim hazırdır. Bunları niyə yazıram, bilmirəm. Bəlkə, doğrudan da, psixoloqa ehtiyacım var. Amma ən çox sənə… Allahım şahiddir ki, tək ehtiyac duyduğum sənsən!”, - deyə, o qeyd edib.

Qeyd edək ki, T. Əliyeva bu ilin yanvarında xərçəngdən dünyasını dəyişib.