Fotosessiya
Fotosessiya

Edisdən Selinə dəstək!

Edisdən Selinə dəstək!

Müğənni Edis Konyada gözəllik mərkəzinə hücum edilən fenomen Selin Ciyerciyə dəstək olub.

OLAY yazır ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Selin və iş yoldaşlarına edilən bu faşist, ayrı-seçkilik və transfobik etirazları qınayıram. Konya Türkiyədən ayrı bir şəhər deyil, bu ölkənin konstitusiyasına bağlıdır. Heç kimə pisliyi dəyməyən qadına etiraz edənlər səsinizi cinayət törədən yoldaşlarınıza da yüksəltməyiniz diləyilə. Hələ 1 ay öncə azı 50 min vətəndaşını itirmiş Türkiyədə hər kəs barış içində yaşamağa hazırdır. Sizin belə bir mövzuda üsyanınızı anlamaq mümkün deyil. Selin Ciyerci tək deyil”, - deyə, Edis bildirib.

Qeyd edək ki, bu gün bir sıra insanlar “Konyadan çıx get!”, “Səni burada istəmirik”, - deyə, qışqıraraq, Selinin gözəllik mərkəzinin qarşısında aksiya keçiriblər. Salona hücum etməyə çalışan əhaliyə polis müdaxilə edib.