Fotosessiya
Fotosessiya

Harri və Meqan tacqoyma mərasiminə gedəcək

Harri və Meqan tacqoyma mərasiminə gedəcək

Harri və Meqan Markl III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.

OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Qeyd olunub ki, kral heyəti Susseks hersoqu və hersoginyası üçün oturma planlarını tərtib edir.

Saray mənbələri portala bildiriblər ki, tarixi hadisənin maddi-texniki təminatını təşkil edən heyətə Meqan Markl və Şahzadə Harrini tacqoyma proqramına daxil etmək tapşırılıb.

Hazırda saray daxilində onların hansı tədbirlərə qatılacağı, nahar və şam yeməyində harada oturacaqları, səfər zamanı onların təhlükəsizliyini kimin təmin edəcəyi müzakirə olunur.

Qeyd edək ki, martın 5-də məlum olmuşdu ki, şahzadə Harri və Meqan Markl Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə rəsmi dəvət alıblar. Lakin onlara bunu qəbul edib-etmədikləri hələ açıqlanmamışdı.