Bir müddət əvvəl sinə əməliyyatı keçirən Xalq artisti Naibə Allahverdiyeva səhhəti ilə bağlı danışıb.
Bu barədə aktrisa OLAY-a öz açıqlama verib. N. Allahverdiyeva söyləyib ki, sağlamlıq problemi səhv anlaşılıb və xərçəng olduğu düşünülüb:
“Səhhətim yaxşıdır. Məndə şiş yoxdur. Papilloma var idi. Əgər qalsaydı, onkoloji xəstəliyə keçə bilərdi. Qarşısı tez alındı. Əvvəl heç bir ağrı və problem yox idi. Bu da əməliyyatda üzə çıxdı. Şiş deyəndə çox şey başa düşülər, xoşxassəli də ola bilər. Mənə oradan-buradan zəng edib deyirlər ki, sizdə xəsrçəng var? Məndə xərçəng yoxdur, Allah etməsin. İnsanlar narahat olurlar, yazdılar. Panikaya düşdülər ki, belə şey ola bilməz”.