Paris Moda Həftəsi təəccübləndirməyə davam edir.
OLAY yazır ki, bu dəfə diqqətçəkən sima məşhur estoniyalı reper Tommi Kəş olub. Belə ki, o, moda nümayişini izləməyə pijamaları ilə yorğan-döşəkdə gəlib.
Sənətçi üzünə baxım maskası vurmağı da unutmayıb.
Tommi həmin anları instaqram hesabında izləyicilərlə bölüşərək, “Üzr istəyirəm, gec yatmışam”, - deyə, bildirib.