Fotosessiya
Fotosessiya

Günelin qaşına niyə 7 tikiş qoyulub?

Günelin qaşına niyə 7 tikiş qoyulub?

Müğənni Günel Zeynalova səhhəti barədə açıqlama verib.

OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında məlumat verib.  

“Gözümü itirə bilərdim. Daha ağır nəticələr yarana bilərdi. Bu günə çox şükür”.

Əldə etdiyimiz məlumata görə, Zeynalovanın üzünə evindəki şkafın üstündən taxta aşıb. Bu səbəbdən də, sənətçi ciddi xəsarət alıb. 
İfaçının qaşına 7 tikiş qoyulub.

Həmçinin,  sənətçinin 3 mart tarixində baş tutacağı planlaşdırılan İstanbuldakı səhnəsi başına gələn hadisə ilə bağlı ertələnib. İfaçının konserti 11 mart tarixində reallaşacaq.