Fotosessiya
Fotosessiya

“Sən yaşadın, ölən mən oldum”

“Sən yaşadın, ölən mən oldum”

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

OLAY yazır ki, bu barədə o, aktrisanın instaqram səhifəsində post yerləşdirib. Xanımının fotosunu paylaşan Röyal bu sözləri yazıb:

“16 noyabr, 2016-cı il. Çəkilişdən bu şəkli çəkib, atıb ki, Röyal ilk selfimi etdim. Nur üzlü həyat yoldaşım elə sevinirdi ki… Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi. Ən xırda şeylərdən xoşbəxt olmağı bacarırdı.

İnsan özü-özü ilə nə qədər danışar? Tək danışmaqdan bezmişəm! Əslində sən yaşadın, ölən mən oldum, gözəl üzlü, gözəl yarım! Allahım şahiddir ki, sənə qovuşacağım günü necə gözləyirəm. O günə qədər mənə yadigar qalan parçanla davam edəcəyəm”.