Xalq artisti Miri Yusif ailəsi ilə birgə fotosessiya etdirib.
OLAY yazır ki, sənətçi iki oğlu, qızı və xanımı Nərgizlə birgə kamera qarşısına keçib. Ağ-qara fotoları instaqramda paylaşan ifaçı bu sözləri yazıb:
“Ailə sözü deyilən zaman ağlıma yalnız güvən, hüzur və sevgi gəlir. Həyatım yalnız ailəmin verə biləcəyi qarşılıqsız sevgi ilə canlanır və ancaq o zaman həyatın dadını çıxara bilirəm. Ailəm rahatlıqla kürəyimi söykəyəcəyim güclü qaladır”.