Fotosessiya
Fotosessiya

Anar küsülü olduğu Nigarı müdafiə etdi

Anar küsülü olduğu Nigarı müdafiə etdi

Stilist Anar Ağakişiyev ötən gün küsülü olduğu Nigar Camala hücum çəkən sürücüyə irad bildirib.

OLAY yazır ki, sənətçinin müdafiəsinə qalxan Anar “Maqazin aze” instaqram səhifəsində paylaşılan videoda “Dövlətə xidmət etmişəm” deyən sürücüyə bu sözləri yazıb:

“Dövlətə xidmət etmisən deyə, başımızda oturmalısan? Eyni hal mənim başıma da gəlmişdi deyə, yazıram. O da eyni ifadəni işlətmişdi. Biz incəsənət işçiləri bu ölkədə turp əkirik? Hər nə olsa da, xanım söyüş söysə belə, o kobud hərəkətin heç yeri yox idi, ay dövlətə xidmət edən müəllim!”.

Qeyd edək ki, Anarla Nigar 6 ildir küsülüdür. Onlar “Altın Kelebek” mükafatları zamanı qalmaqal yaşamışdılar.

***

Nigar isə bununla bağlı çıxan xəbərə etinasız yanaşmayıb. Sənətçi OLAY-ın instaqram səhifəsində “Ondan belə jest gözləməzdim, çox xoş oldu mənə, təşəkkür edirəm” şərhini yazıb.