Dünyaca məşhur müğənni Madonnaya ağır itki üz verib.
OLAY yazır ki, sənətçinin qardaşı Entoni Cikkon vəfat edib. Bu barədə onun bacısının əri Co Henri məlumat yayıb.
Qeyd edək ki, Madonna və ailəsi Entonidən uzaqlaşmışdı. Mərhum uzun illərdir ki, içki aludəçisi idi. Hətta o, bir müddət küçədə qalmış, körpü altında yaşamışdı. Entoni bacısını onu himayə etmədiyi üçün təhqir etmiş, bir müsahibəsində onların gözündə sıfır olduğunu demişdi. “Donub ölsəm, ailəm altı ay bundan xəbərsiz olar”, - deyə, bildirmişdi.
Madonna isə qardaşı ilə bir-birilərini heç vaxt sevmədiklərini söyləmişdi.