Günəş sistemində iki planet hazırda Yer kürəsindən baxanda ən yaxın vəziyyətdə görünür.
OLAY yazır ki, 22 fevral gecəsi Yupiter, Ay və Venera qovuşması yaşanıb. Martın 1-də isə tam yaxınlaşma olacaq. Hazırda ən üstdə Yupiter, ortada Venera, altda isə Aydır.
Cümə axşamı, yəni bu gün onların düzülüşü dəyişəcək. Yuxarıda Ay, ortada Yupiter, altda isə Venera olacaq.