Fotosessiya
Fotosessiya

Xəyalə iki ay niyə maaş almır?

Xəyalə iki ay niyə maaş almır?

Aktrisa Xəyalə Quliyeva iki aydır maaş almamaları ilə bağlı açıqlamasına aydınlıq gətirib.

OLAY yazır ki, bu barədə sənətçi instaqramda şərh paylaşıb. O bildirib ki, videoda onun fikirləri tam aydın olmur:

“2 həftədir zəlzələ olub, bu həftə Xocalı Soyqırımı, ötən ay isə 20 Yanvar faciəsi idi. Təbii biz öz matəmlərimizə hörmətlə yanaşıb, anırıq və efirimizi dayandırırıq. Belə də olmalıdır. Ondan əvvəl də konsert oldu. Həmin konsertdən sonra iki həftə çəkiliş etmədik. Yəni üst-üstə iki ay oldu. Sanki zəlzələyə görə iki ay deyirmişəm kimi başa düşülür. Bu, danılmazdır ki, həmişə hamıya hörmətlə yanaşmışıq. Eyni münasibəti görməmişik”.

Qeyd edək ki, X. Quliyeva TikTok canlı yayımında “Komedixana” verilişində iki aydır maaş almadıqlarını, proqramınbu həftə də yayımlanmayacağını bildirib. Bundan əlavə söyləyib ki, Türkiyədə 44 günlük müharibə dövründə matəm olmayıb. Türk sənətçilər əyləncə proqramlarına və konsertlərinə davam ediblər.