Fotosessiya
Fotosessiya

Terrorçunu zərərsizləşdirən Vasif Xalq artistinin qohumu imiş

Terrorçunu zərərsizləşdirən Vasif Xalq artistinin qohumu imiş

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev Xalq artisti Firəngiz Mütəllimovanın qohumu imiş.

OLAY yazır ki, bu barədə sənətçinin özü sosial şəbəkə hesabından paylaşım edib. Mütəllimova Vasifin onun dayısının nəvəsi olduğunu bildirib.

“Mənim qəhrəman balam, Vasif, dayım nəvəsi, ürəyim. Səninlə qürur duyuram. Yaşadığın bütün sarsıntı, həyəcan geridə qalsın. Sən ailəmizin fəxrisən, Allah yolunu açıq eləsin. Sağlam və xoşbəxt ol, mərd balam. Allah səni və əzizlərini qorusun”.