Günlərdir zəlzələ bölgəsində olan aktrisa Gizem Karaca sosial şəbəkə hesabından üsyan edib.
OLAY yazır ki, sənətçi faciə ilə bağlı ağır vəziyyətdə bəzilərini paylaşımlarına görə qınayıb.
“Normallaşmaq adı ilə bu qədər mənasız, bu qədər rahat paylaşımlar edə bilməzsiniz. Bu qədər asan ola bilməz. Kimlər nələr yaşayır, nə qədər həyatlar yenidən qurulmağa çalışılır, nə yaralar sağalır. Bir müddət sosial medianı onlar üçün lazımlı formada istifadə edə bilməzsiniz? Həqiqətən çox çətindir bir müddət yediyiniz yeməyi, içdiklərinizi, salonda fenlədiyiniz saçlarınızı, güzgüdə libasınızı, idmanınızı, oranızı-buranızı göstərməmək?”, - deyə, Gizem qeyd edib.